EN

“Telegram”ın yaradıcısının “dostu” vəhşicəsinə qətlə yetirilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özünü “Telegram”ın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən kriptotreyder Roman Novak və həyat yoldaşı Anna vəhşicəsinə qətlə yetiriliblər.

Yaxınlarının cütlüklə əlaqəsi təxminən bir ay əvvəl kəsilib.

Novakın telefonundan sonuncu siqnal oktyabrın 4-də Cənubi Afrikada olarkən olub.

Sonradan Novak və xanımının qaçırıldığı ortaya çıxıb.

Məlumata görə, onları qaçıran şəxslər azadlığa buraxılmaları üçün külli miqdarda pul tələb ediblər.

Bildirilir ki, qarşı tərəf tələb oluna vəsaiti verə bilməyiblər. Bundan sonra Novak və həyat yoldaşı vəhşicəsinə qətlə yetirilib.

İlkin məlumata görə, şübhəlilər saxlanılıblar. Onların Rusiya vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, Roman Novak özünü “Telegram”ın yaradıcısı Pavel Durovun dostu kimi təqdim edib. Bəzi məlumatlara görə, o, böyük maliyyə qalmaqalında iştirak edib. Novakın Rusiyadan qaçmazdan əvvəl Çin və Yaxın Şərq də daxil olmaqla müxtəlif ölkələrdən olan investorları təxminən 500 milyon dollar məbləğində aldatdığı bildirilir.

Oxu.Az

Chosen
40
2
editor.az

4Sources