EN

Bakı Metropoliteni yeni nəsil qatarların alınması üçün xarici şirkətlərlə danışıqlara başlayıb

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti daha müasir qatarların alınması ilə bağlı xarici şirkətlərlə danışıqlara başlayıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Nərimanov" elektrik deposunda 3 yeni qatarın xəttə verilməsi tədbirində Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov jurnalistlərə deyib.

O qeyd edib ki, qurum bununla bağlı Çexiyanın “Şkoda”, İsveçrənin “Ştaddler” və Çin dövlətinin müvafiq şirkətiylə danışıqlar aparır:

“Həmin vaqonlar dizayn və idarəetmə sistemi baxımından hazırkı vaqonlardan fəqlənəcək. Danışıqlardan sonra həmin şirkətlərdən biri ilə razılıq əldə ediləcək və qatarların alınması ilə bağlı razılaşma əldə ediləcək".

A.Bəkirov vurğulayıb ki, 2030-cu ilədək daha 120 vaqon Azərbaycana gətiriləcək və bununla 300 vaqon xəttə buraxılacaq.

Chosen
13
5
qaziler.az

6Sources