Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti daha müasir qatarların alınması ilə bağlı danışıqlara başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib. O bildirib ki, bununla bağlı Çexiyanın "Şkoda", İsveçrənin "Ştaddler" və Çin dövlətinin müvafiq şirkəti ilə danışıqlar aparılır: "Həmin vaqonlar dizayn və idarəetmə sistemi baxımından hazırkı vaqonlardan fərqlənəcək. Danışıqlardan sonra bu şirkətlərdən biri ilə razılıq əldə ediləcək və qatarların alınması ilə bağlı razılaşma əldə ediləcək".
A.Bəkirov vurğulayıb ki, 2030-dək daha 120 vaqon Azərbaycana gətiriləcək və bununla 300 vaqon xəttə buraxılmış olacaq.