Bakı, 7 noyabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkətinin prezidenti Zhang Xinming ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.