EN

Böyük Britaniya Ukrayna müharibəsinə birbaşa qoşula bilər — "The Guardian"


Böyük Britaniya silahlı qüvvələri Ukraynada birbaşa iştirak ehtimalını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" mənbələrinə istinadla xəbər yayıb.

Məlumata görə, London iki ssenarini nəzərdən keçirir:

Döyüş əməliyyatlarında birbaşa iştirak; müharibədən sonra beynəlxalq sülhməramlı kontingentə qoşulma.

Müzakirələrə hava qüvvələri, xüsusi təyinatlılar və quru qoşunları daxildir.

Britaniya komandirlərinin sözlərinə görə, söhbət həm “cəbhə əməliyyatlarından”, həm də “Ukraynanın təhlükəsizliyinin uzunmüddətli təminatından” gedir.

Londonda bildirirlər ki, qərar yalnız müttəfiqlərlə koordinasiya olunmuş şəkildə veriləcək.

Musavat.com

Chosen
51
musavat.com

1Sources