Biləsuvarda qadın faciəli şəkildə ölüb.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 8 saylı qəsəbədə baş verib.
Qəsəbə sakini Məkurə Cavanşir qızı Gülənova yaşadığı evdə sobanın üzərinə yıxılıb. O, aldığı yanıq xəsarətlərindən ölüb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.