EN

Bakı Metropolitenində 3 yeni qatarın xəttə buraxılması intervalın azalmasına səbəb olmayacaq - Metro rəsmisi

Bakı.Trend:

Bakı Metropolitenində 3 yeni qatarın xəttə buraxılmasıintervalın azalmasına səbəb olmayacaq.

Trend xəbərverir ki, bunu bu gün “Nərimanov" elektrik deposunda 3 yeni qatarınxəttə verilməsi tədbirində “Bakı Metropoliteni” QSC-nin mətbuatkatibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda metroda tətbiq olunan interval texnikicəhətdən mümkün olan ən minimal həddədir:

“Hazırda Bakı Metropolitenində qatarların hərəkət intervalıtexniki baxımdan ən aşağı səviyyəyə endirilib. Son 16 ildə 3 dəfə 2dəqiqədən də az 1 dəqiqə 45 saniyəlik interval tətbiq olunub. Bu,infrastrukturun hazırkı vəziyyətinə görə mümkün olan minimumdur”, -deyə B. Məmmədov qeyd edib.

Qurum rəsmisi bildirib ki, xətlərin ayrılması prosesibaşlandıqdan sonra bu məsələ yenidən gündəmə gələ bilər.

"Bunun üçün İçərişəhər stansiyasının arxasında dalanın tikintisiplanlaşdırılıb. Layihə təsdiqlənib və yaxın vaxtlarda inşaatişlərinə başlanacaq.

Dövlət proqramına uyğun olaraq,10 yeni stansiyanın inşasınəzərdə tutulur və prosesin 2026-cı ildə aktiv fazaya keçməsiplanlaşdırılır", - o əlavə edib.

Məqalədə:
Chosen
51
az.trend.az

1Sources