EN

44 günlük müharibədə iştirak edən erməni separatçı İNTİHAR ETDİ

Ermənistanda xilasetmə xidməti Qarabağı könüllü tərk etmiş 29 yaşlı Arsen Tevosyanın cəsədini tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

29 yaşlı Arsen Tevosyanın cəsədi xilasedicilər tərəfindən aşkarlanıb. İlkin versiyaya görə, o, intihar edib.

Qohumları bildirir ki, Tevosyanın səhhətində problemlər var idi. Onların sözlərinə görə, 44 günlük müharibədən sonra onda psixoloji çətinliklər yaranmış, sonra vəziyyəti daha da ağırlaşmışdı.

Onun itkin düşməsi ilə bağlı məlumat sosial şəbəkələrdə 6 noyabrda yayılmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
46
interpress.az

1Sources