EN

Övladlarına aliment verməyən kişi həbs edildi

Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub.

Cütlüyün birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib.

Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Chosen
18
7
publika.az

9Sources