EN

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Bu gündən 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənib.

Paralel.az xəbər verir ki , xətt üzrə keçirilən müsabiqədə qalib olmuş “Xaliq Faiqoğlu” MMC xidmət göstərməyə başlayıb.
 

Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərir.


Şirkətdən bildirilib ki, hazırda marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmət göstərir.

Yaxın günlərdə avtobusların sayı 12-yə çatdırılacaq və interval bir qədər azaldılacaq.

Xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə görülən tədbirlər sərnişinlər tərəfindən məmnuniyyətlə qarşılanıb.


Chosen
16
3
paralel.az

5Sources