EN

Biləsuvarda qadın evdə faciəli şəkildə öldü

Biləsuvarda qadın faciəli şəkildə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 8 saylı qəsəbədə baş verib.

Qəsəbə sakini Məkurə Cavanşir qızı Gülənova yaşadığı evdə sobanın üzərinə yıxılıb. O, aldığı yanıq xəsarətlərindən ölüb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
24
4
editor.az

10Sources