EN

Zəfər turu başlayır: Şamaxı İmişli yə, Qəbələ Sumqayıt a qarşı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.

"Unikal" xəbər verir ki, "Zəfər turu"nun açılış oyununda "Şamaxı" "İmişli"ni qəbul edəcək.

Qarşılaşma saat 13:44-də start götürəcək. Meydan sahibləri 10 xalla doqquzuncu, qonaqlar 12 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək. Bu görüş saat 16:44-də başlayacaq. "Qırmızı-qaralar" beş xalla onuncu, "gənclik şəhəri" təmsilçisi 17 xalla beşincidir.

Misli Premyer Liqası

XI tur

7 noyabr (cümə)

13:44. "Şamaxı" – "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu

16:44. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
10
unikal.az

10Sources