AZ

Azərbaycan Premyer Liqasında Zəfər turu na bu gün start veriləcək

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, "Zəfər turu"nun açılış oyununda "Şamaxı" "İmişli"ni qəbul edəcək.

Qarşılaşma saat 13:44-də start götürəcək. Meydan sahibləri 10 xalla doqquzuncu, qonaqlar 12 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək. Bu görüş saat 16:44-də başlayacaq. "Qırmızı-qaralar" beş xalla onuncu, "gənclik şəhəri" təmsilçisi 17 xalla beşincidir.

Misli Premyer Liqası

XI tur

7 noyabr (cümə)

13:44. "Şamaxı" – "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu

16:44. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
10
qaynarinfo.az

10Mənbələr