EN

Qazaxıstan İsrail ilə sülh müqaviləsinə qoşulmaq istəyir Axios

ain.az bildirir, Bizimyol portalına istinadən.

Qazaxıstan İsrail ilə münasibətlərin normallaşdırılmasına dair müqaviləyə qoşulmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat verib.

Portala verilə məlumata görə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə qərarı açıqlayacağı gözlənilir.

Portal qeyd edir ki, Qazaxıstan və İsrail arasında diplomatik münasibətlərin 30 ildən çox əvvəl qurulmasına baxmayaraq, belə bir addım "İsrailin ərəb və müsəlman ölkələri ilə əməkdaşlığını gücləndirmək üçün Amerika təşəbbüsü kimi müqaviləyə yeni təkan vermək" və onun "bir çox ölkənin qoşulmaq istədiyi bir klub" olduğunu nümayiş etdirmək məqsədi daşıyır.

Amerika administrasiyası dəfələrlə vurğulayıb ki, ilk növbədə Səudiyyə Ərəbistanının müqaviləyə qoşulmasını təmin etməyə çalışır.

Oktyabrın sonlarında Tramp Ər-Riyadın 2025-ci ilin sonuna qədər İsrail ilə münasibətləri normallaşdıracağına inandığını bildirdi.

İsrail və bir neçə ərəb ölkəsi arasında 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İbrahim Sazişləri əldə edildi. 2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsrail ilə münasibətləri normallaşdırdı. 2021-ci ildə Sudan yəhudi dövləti ilə diplomatik münasibətlər qurduğunu elan etdi. Bu sazişlərdən əvvəl İsrailin yeganə ərəb əlaqələri 1979-cu ildə Misir və 1994-cü ildə İordaniya ilə olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
icma.az

1Sources