EN

ABŞ Prezidenti: Tramp marşrutu beynəlxalq sülh üçün böyük razılaşmadır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 7 noyabr, AZƏRTAC

“Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında bir sülh müqaviləsini imzaladı”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib. O bildirib ki, bu səkkiz ayda başa vurduğu səkkiz müharibədən biridir.

“Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Bu, çox gözəl bir şeydir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşmadır. Bu, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Mən əminəm ki bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq”,- deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
72
5
azertag.az

9Sources