EN

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 7 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev arasında telefon danışığı aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, Qazaxıstan onun ikinci müddət prezidentliyi dövründə Abraham sazişinə qoşulan ilk ölkədir.

“Bu, dünyada körpülərin qurulmasında irəliyə doğru atılmış böyük bir addımdır. Bu gün daha çox dövlət mənim irəli sürdüyüm Abraham sazişi vasitəsilə sülh və rifahı qəbul etmək üçün növbəyə durur. Tezliklə bunu rəsmiləşdirmək üçün imza mərasimi olacaq”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
2
azertag.az

3Sources