EN

Tramp: Hindistan Rusiyadan neft alınmasını dayandırıb.

BAKI, 7 noyabr. TELEQRAF

Hindistan Rusiya neftinin alınmasını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bildirib.

Tramp Hindistanın baş naziri Narendra Modi ilə danışıqların nəticələrini şərh edərkən deyib : “Hindistan, demək olar ki, Rusiyadan neft almağı dayandırıb".

Amerika lideri qeyd edib ki, Hindistanın baş naziri ilə ticarət danışıqları uğurla gedir. Tramp Hindistana səfər planlarını təsdiqləyərək, səfərin 2026-cı ildə baş tuta biləcəyini deyib.

Chosen
45
teleqraf.com

1Sources