EN

Trampın tədbirində gərgin anlar: Konfrans zamanı huşunu itirdi - VİDEO

 

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi mətbuat konfransı zamanı bir nəfər huşunu itirərək yerə yıxılıb.

Hurriyyet.Az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə oval kabinetdə Trampın farmasevtika şirkətlərinin nümayəndələri ilə birgə keçirdiyi tədbirdə natiqlərdən birinin çıxışı zamanı baş verib.

Hadisədən sonra tədbir yarımçıq dayandırılıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt həmin şəxsin özünə gəldiyini və vəziyyətinin stabil olduğunu bildirib.

Məlumata görə, huşunu itirən şəxs Danimarkanın “Novo Nordisk” əczaçılıq şirkətinin icraçı direktoru Qordon Findlaydır.

Chosen
42
hurriyyet.az

1Sources