EN

“Qarabağ danışıqlarında Oskanyan mənə dedi ki, Elmar, elə bilirsən…”

“Paşinyan populist adam idi. İndi də elədir”.

Publika.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.

O qeyd edib ki, Ermənistanın özündə də Azərbaycanla sülhün əslində onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirdilər.

Ona görə də Paşinyan 2018-ci ildə Şuşaya oynamağa gedəndə dərindən başa düşmürdü ki, nə qədər ağır məsələdir. Bu da onun evini yıxdı.

Praqa görüşündə isə o, təkamül keçirdi və dedi ki, “biz Azərbaycanla sülh imzalamalıyıq”.

Chosen
26
2
publika.az

10Sources