EN

Milli Məclisin sədri Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir (FOTO)

Bakı. Trend:

Braziliya Federativ Respublikasının Belem şəhərində işgüzarsəfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitindəiştirak edir.

Trend xəbər verirki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələrşöbəsi məlumat yayıb.

Braziliya Federativ Respublikasının xarici işlər naziri MauroVieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerinisalamlayıb.

Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib.Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-ninBaş katibi Antonio Quterreş və bir sıra digər ölkələrinprezidentləri və baş nazirləri çxış ediblər.

Qeyd edək ki, COP30-da bir çox ölkələrin dövlət və hökumətbaşçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlimdəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirəetmək üçün bir araya gəlirlər. Azərbaycanı bu tədbirdə MilliMəclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətitəmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışınəzərdə tutulur.

Milli
Milli
Chosen
72
27
az.trend.az

10Sources