EN

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.

Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrin xalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf edəcəyinə inanıram.

Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı ifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.

Jelko Komşiç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

Chosen
26
5
azerbaijan-news.az

10Sources