EN

Avropa İttifaqı “Alman Birjası” və “Nasdaq”a qarşı təhqiqata başlayıb

Avropa Komissiyası rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı “Alman Birjası”na (Deutsche Börse) və ABŞ-ın texnologiya birjası “Nasdaq”a qarşı araşdırma başladıb.

Avropa Komissiyası rəsmi olaraq kartel (rəqabətin məhdudlaşdırılması) hüququ çərçivəsində aparılan araşdırmaların “Alman Birjasının” və “Nasdaq”ın Avropa İqtisadi Məkanında (AİM) maliyyə törəmə alətlərinin siyahıya alınması, ticarəti və hesablaşma əməliyyatlarında davranışlarını uzlaşdıraraq, Avropa İttifaqının rəqabət qanunvericiliyini pozub-pozmadığını yoxlamaq üçün həyata keçirildiyini bildirib. Belə ki, məlumata əsasən, bu iki maliyyə xidməti qurumu arasında rəqabətdən qaçmaq üçün razılaşmalar, tələbin bölüşdürülməsi, qiymətlərin koordinasiyası və məxfi işgüzar məlumatların mübadiləsi kimi fəaliyyətlərin olub-olmadığı araşdırılır.

Avropa Komissiyasının təmiz, ədalətli və rəqabətqabiliyyətli keçid üzrə icraçı vitse-prezidenti Tereza Ribera bununla bağlı bildirib ki, rəqabət qaydaları birjalar arasında ədalətli və açıq rəqabətin, Kapital Bazarları İttifaqının düzgün işləməsinin təmin olunmasına xidmət edir. Bu isə bütün Avropa vətəndaşlarının maraqları naminə innovasiya, maliyyə sabitliyi və iqtisadi inkişaf üçün əsasdır.

MənbəAZƏRTAC
Chosen
16
2
banker.az

3Sources