EN

Naxçıvandakı sənaye parklarının rezidentləri 10 il müddətinə bəzi vergilərdən azad edilə bilər

Naxçıvanda yerləşən sənaye və yaxud texnologiyalar parklarının rezidentlərinə vergi güzəştləri tətbiq edilə bilər.

FED.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvanın ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalının 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Bundan başqa, investisiya təşviqi sənədini almış Naxçıvanın rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalının 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilməsi planlaşdırılır.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvanın ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Chosen
12
11
fed.az

10Sources