EN

"Liverpul" futbol tarixinin ən bahalı müdafiəçi transferinə hazırlaşır

Bakı. Trend:

"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Liverpul" italiyalı futbolçunutransfer etmək istəyir.

"Qırmızılar" 26 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon avroluqtəklif göndərməyi plaanlaşdırır. Keçid baş tutsa, bu, tarixin ənbahalı müdafiəçi transferi olacaq. Bundan əvvəlki rekord"Leypziq"dən "Mançester Siti"yə 90 milyon avroya ttransfer olanYoşko Qvardiola məxsusdur.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Alessandro Bastoni bumövsüm "İnter"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə müqaviləsi2028-ci ilin 30 iyun tarixinə kimidir.

Məqalədə:
Chosen
18
2
az.trend.az

3Sources