EN

Gəncədə ət istehsalı artıb

2025-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyon 307,5 min manat təşkil edib.

FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir..

Məlumata görə onun da 1 milyon 433,8 min manatı bitkiçilik məhsullarının, 1 milyon 873,7 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.

2025-ci ilin məhsulu üçün şəhər üzrə 42,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bunun da 8 hektarını dənli və dənli paxlalı bitkilər, 34,2 hektarını tərəvəz bitkiləri təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında tarlalardan 16,7 ton dənli və dənli paxlalı bitkilər, 144,6 ton tərəvəz, 660,3 ton meyvə və giləmeyvə, 310,7 ton üzüm toplanıb.

 01 noyabr 2025-ci il tarixinə 659 baş iribuynuzlu mal-qara (ondan 257 baş inək və camış), 1119 baş qoyun və keçi mövcud olub.

2025-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 158 ton ət, 496 ton süd, 912 min ədəd yumurta, 2 ton yun istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 9 ton və ya 6 faiz artıb.

Chosen
45
fed.az

1Sources