EN

Buxarestdə Zəfər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

4 noyabrda Azərbaycan Respublikasının səfirliyinintəşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbirkeçirilib.

Trend xəbərverir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatiknümayəndəliklərin rəhbərləri və əməkdaşları, Rumıniya hökumətqurumlarının təmsilçiləri, Rumıniya parlamentinin senatorları vədeptatları, ictimai xadimlər, KİV nümayəndələri, Rumıniyada yaşayanazərbaycanlılar, bu ölkədə rəsmi səfərdə olan Azərbaycan mediadövlət qurumlarının rəhbərləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının və Rumıniyanın dövləthimnləri səsləndirilib.

Tədbiri Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq,Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar günüolduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti, MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpaedib, ölkənin ərazi bütövlüyünü təmin edib.

O həmçinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı iləAzərbaycan və Ermənistan arasında imzalanmış sülh deklarasiyasınınbütün regionun inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsbetdiyini vurğulayıb. Qüdsi Osmanov qeyd edib ki, bu sənəd CənubiQafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasınıqoyub.

Rumıniya hökuməti adından Rumıniya Baş nazirinin müavini,Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Rumıniyatərəfindən həmsdəri, deputat Marian Neakşu çıxış edib. O,Azərbaycan xalqını Zəfər Günü ilə təbrik edərək, Cənubi Qafqazdasülhün bərqərar olmasını regionda beynəlxalq iqtisadi, nəqliyyat vəenerji layihələrin həyata keçirilməsi üçün vacib amil adlandırıb.Marian Neakşu vurğulayıb ki, Rumıniya Azərbaycanı regionda sabitlikvə inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir və buəməkdaşlıq gələcəkdə daha da genişlənəcək.

Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altançıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrikedib. O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixiqələbə türk dünyasının birliyini və qardaşlığını daha damöhkəmləndirib. “Azərbaycanın Zəfəri bütün türk dövlətləri üçünqürur mənbəyidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub vəbundan sonra da dost və qardaş ölkə kimi onunla həmrəyliyini davametdirəcək”, – deyə səfir vurğulayıb.

Ardınca Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat çıxışedərək Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edib. Ovurğulayıb ki, bütün müsəlman dünyası Azərbaycan ilə Ermənistanarasında uzun illər sürən mübarizənin sülh və sabitlik ilənəticələnməsini alqışlayır. Müfti regiona sülhün, təhlükəsizliyinvə bütün xalqların marağında olan rifanın gəlməsini yüksək ədalətintəntənəsi adlandırıb.

O, çıxışını “Yurdda sülh, cihanda sülh” deyə Mustafa KəmalAtatürkün sözləri ilə yekunlaşdırıb.

Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bədiivideoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın qəhrəmanlıqsalnaməsindən, Vətən müharibəsində qazanılmış Qələbədən və azadedilmiş torpaqların yenidən dirçəlişindən bəhs olunub.

Ziyafət proqramı musiqi ilə davam edib. Rumıniyada fəaliyyətgöstərən uşaqlardan ibarət musiqi qrupu Azərbaycan mahnılarını ifaedərək tədbirə xüsusi rəng qatıb. Uşaqların ifası tədbiriştirakçıları tərəfindən alqışlarla qarşılanıb və səmimi atmosferyaradıb.

Rəsmi ziyafət zamanı Azərbaycanın milli musiqi nümunələrisəsləndirilib, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamlarıtəqdim olunub. Tədbirin qonaqları Azərbaycanın qazandığı qələbəniyüksək qiymətləndirib, Azərbaycan xalqına sülh, firavanlıq vədavamlı tərəqqi arzularını ifadə ediblər.

Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Buxarestdə
Chosen
13
14
az.trend.az

10Sources