EN

Çox istərdim, Qarabağ finala qədər getsin Ertem Şener

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener “Qarabağ” – “Çelsi” matçına münasibət bildirib. 

"Unikal" xəbər verir ki, tanınmış şərhçi “Tsport.az”a açıqlama verib. 

“Çox xoşbəxtəm. Səsimi itirdim, amma “Qarabağ”a fəda olsun. Kaş, bir 90 dəqiqə daha olsa… Qazana bilmədiyimizə görə çox üzüldüm, çünki 3-cü qolu vururduq. Bütün “Qarabağ”  tərəfdaşlarına,  tribunada dəstək olanlara, matça gələ bilməyib qəlbi bizimlə olan dostlarımıza təşəkkür edirəm. Türkiyədən də çox sayda dəstək mesajları var.

”Qalatasaray” – “Qarabağ” mənim üçün eynidir. “Qalatasaray” mənim doğduğum torpaqların klubudur. Türkiyəmin təmsilçisidir. Çox istərdim, finalda iştirak etsinlər. Amma “Qarabağ” da finala getsin. “Qarabağ” mənim qardaş ölkəmin, can ölkəmin klubudur. 

“Qarabağ”ın bu oyununda böyük bir zəfər var. Ümid edirəm ki, “Qarabağ”ın “Chelsea” üzərində bərabərliyi şəhidlərimizin xatirəsinə ehtiram olunur. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bütün qazilərimizə hörmətlərimizi bildirirəm!”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
unikal.az

1Sources