Azərbaycan I Liqasında VII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki matç keçirilib.
"Şahdağ Qusar" Şamaxıda "Şimal" ilə üz-üzə gəlib. Rahid Əmirquliyevin komandası autsayderlə görüşdə çətin qələbə qazanıb. Altı qolun qeydə alındığı dramatik qarşılaşmada geridönüş edən qusarlılar 3 xala sevinən tərəf olub.
"Zaqatala" isə "Difai" ilə səfər matçında minimal hesabla qalib gəlib
Qeyd edək ki, turun üç oyunu dünən keçirilib. "Şəfa" səfərdə "Mingəçevir"i 3:2, "Səbail" evdə MOİK-i 1:0, "Baku Sportinq" isə "Cəbrayıl"ı 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan I Liqası
VII tur
6 noyabr
“Şahdağ Qusar” – “Şimal” 4:2
Qollar: R.Voronsov, 41. M.Məsimov, 81. E.Veysov, 86. O.Fərəcov, 90+5 - İ.Səmədov, 35. F.Nadirov, 55.
“Difai” – “Zaqatala” 1:2
Qollar: M.Həsənov, 90+1 - H.Abdurəşid, 57. R.Şabanov, 82.