AZ

I Liqa:: "Şahdağ Qusar" da qalib gəldi, "Zaqatala" da

Azərbaycan I Liqasında VII tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki matç keçirilib. 

"Şahdağ Qusar" Şamaxıda "Şimal" ilə üz-üzə gəlib. Rahid Əmirquliyevin komandası autsayderlə görüşdə çətin qələbə qazanıb. Altı qolun qeydə alındığı dramatik qarşılaşmada geridönüş edən qusarlılar 3 xala sevinən tərəf olub. 

"Zaqatala" isə "Difai" ilə səfər matçında minimal hesabla qalib gəlib 

Qeyd edək ki, turun üç oyunu dünən keçirilib. "Şəfa" səfərdə "Mingəçevir"i 3:2, "Səbail" evdə MOİK-i 1:0, "Baku Sportinq" isə "Cəbrayıl"ı 2:0 hesabı ilə məğlub edib. 
 
Azərbaycan I Liqası
VII tur
6 noyabr  

“Şahdağ Qusar” – “Şimal” 4:2
Qollar
: R.Voronsov, 41. M.Məsimov, 81. E.Veysov, 86. O.Fərəcov, 90+5 - İ.Səmədov, 35. F.Nadirov, 55.

“Difai” – “Zaqatala” 1:2
Qollar
: M.Həsənov, 90+1 - H.Abdurəşid, 57. R.Şabanov, 82.

Seçilən
32
6
fanat.az

7Mənbələr