EN

Sabahdan Bakıda yeni avtobuslar xəttə buraxılır

7 noyabr tarixindən etibarən “Faiqoğlu” şirkəti 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə xidmət göstərəcək.

Banker.az xəbər verir ki, yeni xətt üzrə 2025-ci il istehsallı, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş “Golden Dragon” markalı 10 ədəd avtobus istifadəyə verilir.

Bu avtobuslar sərnişinlərin rahatlığı, təhlükəsizliyi və müasir tələblərə uyğun daşınması üçün ən son texnologiyalarla təchiz olunub.

Marşrut: “Azadlıq prospekti” metrosu – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir. Hərəkət intervalı 8–10 dəqiqə və gediş haqqı 0.60 AZN-dir.

Chosen
35
banker.az

1Sources