EN

İsrail Misirlə sərhəddə hərbi rejim elan etdi

BAKI, 6 noyabr. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats Misirlə sərhədin bir hissəsində qapalı hərbi zona rejiminin tətbiq olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bunun sərhəddən dronlar vasitəsilə silah keçirilməsinin qarşısının alınmasına yönəldiyini bildirib.

“Müdafiə Ordusuna tapşırmışam ki, Misirlə həmsərhəd ərazini qapalı hərbi zona elan etsin və dövləti təhdid edən dronlara qarşı mübarizə məqsədilə atəş açma qaydalarını müvafiq şəkildə dəyişdirsin”, - Kats deyib.

Müdafiə nazir əlavə edib ki, İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (Şinbet) rəhbəri David Zini ilə razılaşdıraraq dronlar vasitəsilə silah kontrabandasını terror təhlükəsi kimi tanımağı qərara alıb.

“Dronlar vasitəsilə silah kontrabandası Qəzza müharibəsinin bir hissəsidir və düşmənlərimizi silahla təmin etməyə yönəlib, onu dayandırmaq üçün bütün tədbirlər görülməlidir. Bu gün kontrabanda işinə qarışanlara qarşı müharibə elan edirik və qadağan olunmuş zonaya daxil olan hər kəsə zərbə endiriləcək”, - İsrael Kats vurğulayıb.

Chosen
68
teleqraf.com

1Sources