EN

Məleykə Abbaszadə: Qazilərimizin təhsil arzularına dəstək oluruq

Məleykə

“ İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazilərimizin təhsil arzularına dəstək oluruq”.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Onların ali məktəb və kolleclərdə təhsil almaq istəyi bizim üçün xüsusi yer tutur. Biz bu məqsədlə müxtəlif ödənişsiz hazırlıq kursları,metodik vəsaitlər əldə etmək və sınaq imtahanlarında pulsuz iştirak etmək imkanı yaradırıq. Bu layihə çərçivəsində indiyədək 22 qazi ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə təhsilini davam etdirmək üçün kurslara cəlb edilib”.
O qeyd edib ki, DİM hər il şəhid övladlarına müəyyən köməklər edir.
"Onlarla müxtəlif görüşlər keçirir, psixoloji dəstək, maarifləndirici proqramlar, erkən peşə seçimi istiqamətində təlimlər təşkil olunur. Bu illər ərzində 781 şəhid övlad bu tədbirlərə qatılıb. Onlara təxminən 5500 ədəd test toplusu, dərs vəsaiti və s. hədiyyə olunub”.

Chosen
44
1news.az

1Sources