"Sabah"ın sabiq baş məşqçisi, hazırda Rusiyanın "Krasnodar" klubunu çalışdıran Murad Musayev Premyer Liqada oktyabr ayının ən yaxşısı seçilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
"Krasnodar" ölkə çempionatında keçirdiyi 3 matçın hər birini qələbə ilə başa vurub. Komanda 14 turdan sonra 32 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi olub. "Krasnodar" onun rəhbərliyi altında 2024/2025 mövsümündə tarixində ilk dəfə Rusiya çempionatının qalibi adını qazanıb.
"Cebheinfo.az"