“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşısı seçilib.
Msport.az xəbər verir ki, “Krasnodar” ölkə çempionatında keçirdiyi 3 matçın hər birini qələbə ilə başa vurub. Komanda 14 turdan sonra 32 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub. “Krasnodar” onun rəhbərliyi altında 2024/2025 mövsümündə tarixində ilk dəfə Rusiya çempionatının qalibi adını qazanıb.