EN

İsrail atəşkəsi yenidən pozdu: Livanın cənubuna hava zərbəsi endirilib

İsrail ordusu Livanın cənubundakı Tir əyalətində yerləşən Tora və Abbasiyə qəsəbələri arasındakı əraziyə hava zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, hücum nəticəsində hadisə yerinə tibb qrupları cəlb edilib, lakin itkilərlə bağlı məlumat verilməyib.

Sosial mediada yayılan görüntülərdə hədəf alınan ərazidən tüstü qalxdığı görünür.

2024-cü ilin noyabrında imzalanan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livana qarşı hücumlarını davam etdirdiyi bildirilir.

Qeyd edək ki, İsrail hazırda Livanda son müharibə zamanı ələ keçirdiyi bir neçə təpədə mövqelərini qoruyur.

Əli Hüseynov

Chosen
62
1
bakivaxti.az

2Sources