EN

Kadi Borgesin bərpa prosesi 8–10 həftə çəkəcək

Kadi

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin son vəziyyəti bilinib.

APA “Qarabağ” klubuna istinadən xəbər verir ki, oyundan dərhal sonra Kadi Borges müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Chosen
15
17
xalqcebhesi.az

10Sources