EN

Rəhbərliyə təklif etdi - Bu zonaya 3 nəfər alın, avrokuboklara oynayaq!

Premyer Liqanın 10-cu turunda «Araz-Naxçıvan»a 3:2 hesabıyla qalib gələn «Sumqayıt»ın baş məşqçisi Saşa İliç rəhbərliyi yeni istəyi ilə tanış edib.

Serbiyalı çalışdırıcı yarımmüdafiə xəttinə 3 nəfərin alınmasının gərəkdiyini bildirib.

O, ikinci zonada çıxış edənlərin əksəriyyətinin tələblərinə uyğun gəlmədiyini söyləyib.

Başda Səbuhi Abdullazadə olmaqla, orta sahə oyunçularının qeyri-sabit təsir bağışladığını, bu səbəbdən də uğurlu seriya qura bilmədiklərini vurğulayıb.

İliç əmindir ki, əgər yarımmüdafiəyə «əl gəzdirilərsə», komanda avrokuboklar uğrunda mübarizənin mərkəzində yer alacaq.

«Kimyaçılar» mövsümün geridə qalan hissəsində 17 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində yerləşib. «Gənclik şəhəri» təmsilçisi altıncı sıradakı «Araz-Naxçıvan»ı 1 xal qabaqlayır.

SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources