EN

Fransa Azərbaycanla oyuna ciddi itki ilə çıxacaq

“Bavariya” ilə UEFA Çempionlar Liqasının matçında topuğundan xəsarət alan PSJ-nin futbolçusu Usman Dembelenin durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu səbəbdən də 28 yaşlı vinger Fransa yığmasının heyətində Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Xatırladaq ki, Azərbaycan – Fransa oyunu noyabrın 11-də baş tutacaq.

Chosen
54
idmanxeber.az

1Sources