EN

“Azərbaycanda məcburi ƏDV qeydiyyatına durma limiti yüksəkdir”

Milli Məclisdə sadələşmiş vergi limitlərinin 200 mindən 400 min manata yüksəldilməsi məsələsi müzakirə olunub. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı danışıb.

“Sadələşmiş vergi limitlərinin 200 min manatdan 400 min manata yüksəldilməsi və nağdsız ödənişlərə aid edilməsi məsələsinə toxunmaq istəyirəm. Ölkədə pərakəndə satışda nağdsız ödənişlərin xüsusi çəkisi 78%-dir. Nağd satışda daha çox yayınma var. Məhz buna görə də nağdsız ödənişləri stimullaşdırırıq. Digər məsələ isə -  200 min manatlıq limit tətbiq edilərkən tam başqa iqtisadi münasibətlər tətbiq olunurdu. Beynəlxalq təcrübə ilə müqayisə etdikdə, Azərbaycanda məcburi ƏDV qeydiyyatına durma limiti kifayət qədər yüksəkdir” - DVX rəisi bildirib.

"Cebheinfo.az"

Chosen
14
1
cebheinfo.az

2Sources