EN

Deputatdan onkoloji xəstələrlə bağlı ÇAĞIRIŞ: "Dərmanların qiymətləri kifayət qədər yüksəkdir"

"Təəssüflər olsun ki, icbari tibbi sığorta ilə əhatə olunan dövlət proqramları tərkibində onkoloji xidmət yoxdur. Ancaq büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

"Məlumdur ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün targit və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur. Bu dərmanların isə qiymətləri kifayət qədər yüksəkdir və ayrılan vəsait bu preparatların Azərbaycana alınıb gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb gətirilməsinə əlavə vəsaiti nəzərdən keçirəsiniz. Bu dərmanlarsız onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari tibbi sığorta ilə əhatə olunduqdan sonra həll olunacaq", - deyə komitə sədri əlavə edib.

Chosen
13
7
far.az

8Sources