"Təəssüflər olsun ki, icbari tibbi sığorta ilə əhatə olunan dövlət proqramları tərkibində onkoloji xidmət yoxdur. Ancaq büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil".
Medicina.az xəbər verir ki,bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
"Məlumdur ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün targit və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur. Bu dərmanların isə qiymətləri kifayət qədər yüksəkdir və ayrılan vəsait bu preparatların Azərbaycana alınıb gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb gətirilməsinə əlavə vəsaiti nəzərdən keçirəsiniz. Bu dərmanlarsız onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari tibbi sığorta ilə əhatə olunduqdan sonra həll olunacaq".
MEDİCİNA.AZ