EN

“ƏDV geri al” üzrə 156,7 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb

Bakı. Trend:

Bu ilin yanvar - oktyabr ayları ərzində “ƏDV geri al” üzrə 156,7milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Belə ki, hesabat dövründə ölkə ərazisində pərakəndə ticarət vəya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qazməhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarıistisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarətivə simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə,habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olanfiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görəödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılaraqaytarılmış həcmi 156 milyon 759,9 min manat olub.

Qeyd edilib ki, 2025-ci ilin 9 ayında xarici vətəndaşlartərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmışmallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”)məbləği 8 milyon 964,6 min manat təşkil edib.

Məqalədə:
Chosen
17
1
az.trend.az

10Sources