EN

Azərbaycanda demoqrafik inkişafla bağlı dövlət proqramının qəbulu təklif edilib

Gələn illərdə səhiyyə xərclərinin artırılması və bunların optimal bölünməsinə baxmaq lazımdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, təkcə xərci artırmaqla deyil, səhiyyə və tibbi xidmətlər dövlətin öhdəliyindədir: "Özəl sektorlar bu öhdəliyə dəstək verərsə, problemlərin həllini daha tez həyata keçirə bilərik. Bütün dünyada uşaq doğumu azalır, yaşlı insanların sayı artır. Bizdə 10-15 ildən sonra əmək bazarında problemin yaranması ilə qarşılaşa bilərik. İndidən demoqrafik inkişafla bağlı dövlət proqramı qəbul etməliyik. Bu gənc nəslin sayında azalma problemləri ilə üzləşməməyimiz üçün vacibdir”.

"Cebheinfo.az"

Chosen
20
2
cebheinfo.az

3Sources