Birləşmiş Aviasiya Korporasiyası (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) dövlət müdafiə müqaviləsi çərçivəsində istehsal olunmuş Su-34 cəbhə bombardmançı təyyarələrinin daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Herbiand.az bildirir ki, bu barədə “Rostex”-in mətbuat xidməti məlumat verib.
Təyyarələr yerüstü və uçuş sınaqlarının mərhələsini başa vurub. Qeyd edilib ki, Su-34 döyüşdə yüksək etibarlılığını və effektivliyini sübut edib, geniş çeşiddə silahlara və uzun uçuş məsafəsinə malikdir.
Su-34 yerüstü, suüstü və hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Həmçinin, hava kəşfiyyat missiyaları da həyata keçirə bilir.
Bəxtiyar CƏFƏRLİ