EN

Tramp Cənubi Afrikada keçiriləcək G-20 Sammitinə qatılmayacaq

ABŞ Prezidenti Donald Tramp bu ay Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G-20 Sammitində iştirak etməyəcəyini açıqlayıb.

Far.Az xəbər verir ki, Tramp bu qərarını Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışı zamanı bildirib. O, G-20 sammitinə qatılmayacağını vurğulayaraq, "Cənubi Afrika G-20-də olmamalıdır" ifadəsini işlədib.

Qeyd edək ki, G-20 Sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda baş tutacaq. Tədbirə dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları qatılacaq.

Chosen
22
far.az

1Sources