“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında (RPL) oktyabr ayının ən yaxşı mütəxəssisi elan edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Musayevin rəhbərlik etdiyi “Krasnodar” oktyabr ayında keçirdiyi 3 oyunda 9 xal toplayıb və RPL ekspertlərinin səsverməsində qalib gəlib.
Azarkeşlərin səsverməsində “ÇSKA”nın baş məşqçisi Fabio Çelestini, televiziya ekspertlərinin səsverməsində isə “Lokomotiv”in çalışdırıcısı Mixail Qalaktionov qalib adını qazanıblar.
Liqa qaydalarına əsasən, ayın ən yaxşı məşqçisi üç kateqoriya üzrə səsvermə nəticəsində müəyyən edilir. Müxtəlif nəticələr olduğu halda RPL ekspertlərinin səsi həlledici sayılır. Məhz bu səbəbdən oktyabr ayının qalibi Murad Musayev olub.
Hazırda turnir cədvəlinin lideri “Krasnodar”dır. İkinci yerdə “ÇSKA”, üçüncü pillədə isə “Zenit” qərarlaşıb.