EN

Polis Akademiyasında “Zəfər təntənəsi” adlı kompozisiya təqdim edilib - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər təntənəsi” adlı kompozisiya təqdim ediblər.

APA DİN-ə istinadən xəbər verir ki, kompozisiyada Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, qəhrəman şəhidlərimizin əziz xatirəsi və Azərbaycan xalqının tarixi salnaməsi yüksək vətənpərvərlik ruhunda əks olunub.

Kursantlar ifalarında “Vətən marşı”nı səsləndirərək həm Zəfər Gününün qürurunu, həm də dövlətə və xalqa sədaqət andlarını nümayiş etdiriblər.

Chosen
40
14
apa.az

10Sources