EN

Nazir müavini: Vergidə yeni qaydalarla bağlı mərhələli keçidi təklif edirik

“2019-cu ildən etibarən gəlir vergisi üzrə özəl sektorda güzəşt tətbiq edilmişdi. Növbəti il yanvarın 1-dən vergi güzəştlərinin müddəti bitir. Bu il bizim Vergi Məcəlləsi ətrafında apardığımız müzakirələr məhz bu məsələ idi, müxtəlif fikirlər səslənirdi. Son olaraq, gəldiyimiz nəticə bu gün təqdim olunan qanunda öz əksini tapır”.

Ölkə.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Biz sırf mövcud qanunvericiliyə riayət etsəydik, yanvarın 1-dən özəl sektorun da ümumi qanunvericilik çərçivəsində vergiyə cəlb olunmasına başlanmalı idi. Bu da sərt keçid ola bilərdi və öz növbəsində iqtisadiyyata xoşagələn təsirlərlə nəticələnməyə bilərdi. Biz bugünkü təqdim olunan layihədə mərhələli keçidi təklif edirik. Bu, 3 illik dövrü əhatə edəcək. 1 yanvar 2026-ci ildən 2500 manata qədər olan gəlirdən 3%, 2027-ci ildən 5% və 2028-ci ildən artıq 7% verginin tətbiq olunması, 2500-8000 manat arasında 10% və 8000 manatdan yuxarı 14% vergi dərəcələrinin tətbiqi nəzərdə tutulur” - nazir müavini qeyd edib.

Mürtəza

Chosen
16
4
olke.az

5Sources