EN

Üçüncü uşaqdan sonra ilk dəfə qırmızı xalıda -FOTO

Dünyaşöhrətli müğənni Rihanna üçüncü dəfə ana olduqdan sonra ilk dəfə qırmızı xalçada görüntülənib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Nyu-Yorkda keçirilən “CFDA Fashion Awards 2025” gecəsinə həyat yoldaşı reper A$AP Rocky ilə birlikdə qatılıb.

Cütlük gecənin ən çox danışılan məşhurlarından olub. 

A$AP Rocky tədbirdə “İlin Moda İkonası” (Fashion Icon of the Year) mükafatını alıb. 

Xatırladaq ki, bu mükafat 2014-cü ildə Rihannaya verilmişdi. 

Qeyd edək ki, 37 yaşlı müğənni 2019-cu ildən bəri A$AP Rocky ilə birlikdədir. Onların 2 oğlu, bir qız övladları var.

 





Chosen
4
4
redaktor.az

5Sources