EN

Səhiyyə sahəsinə ayrılan xərclər ARTIRILACAQ – RƏSMİ

“Gələn ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait proqnozlaşdırılır. Bu da ümumi xərclərin 4,19 faizinə bərabərdir”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

“İcmal səhiyyə xərcləri isə 3,7 milyard manat proqnozlaşdırılıb. Bu da 2025-ci illə müqayisədə 226,9 milyon və ya 6,4 faiz çoxdur. Son beş ildə büdcə xərclərində 606,0 milyon və ya 43% artım, icmal səhiyyə xərclərində isə 2,3 milyard manat və ya 2,6 dəfə artım qeydə alınıb”- deyə nazir qeyd edib.

Günay Şahmar, Bizim.Media

Chosen
17
2
bizim.media

10Sources